Bağla

Daxil olun

Please login with your username and password.

Login

Can’t remember your accounts password?

Can't access your account?

Dil seçimi edin

This page is available in the following languages:

    Zəhmət olmasa yerinizi seçin

    RƏQƏMLƏRLƏ MASTER BUILDERS SOLUTIONS

    MBCC Group şirkətinin Master Builders Solutions markası konstruksiyaların inşaatı, texniki xidməti, təmiri və ya bərpası üçün hazırlanmış kimyəvi həllər təklif edir. Konstruksiyanın istismar müddəti ilə yanaşı, inşaatın hər bir mərhələsində müştərinin müəyyən çətinliklərini həll etmək istiqamətində inadkar və istəkli olan işçi heyətimiz, inşaat kimyəviləri sahəsində qlobal miqyasda ixtisaslaşmış bir işçi kütləsi əmələ gətirməkdədir.

    MBCC Group şirkətinin Master Builders Solutions markası, düzgün həll yollarını təmin etmək üçün texnoloji biliyi ilə geniş məhsul portfelini dünya miqyasındakı saysız-hesabsız tikinti layihələrindən əldə etdiyi təcrübə ilə birləşdirir.

    MBCC Group şirkətinin Tikinti Kimyəviləri Bölməsi Master Builders Solutions ilə bərabər aşağıda qeyd olunan bölgələrə xüsusi markalar təklif etməkdədir:

    • Watson Bowman Acme (Şimali Amerika): Genişləməyə Nəzarət Sistemləri
    • Dr. Wolman (Avropa): taxtanın qorunması üçün həll yolları
    • PCI (Avrupa): Dəmirçilərdən peşəkar ustalara qədər yayılan həll yolları

    Master Builders Solutions məhsul portfeli: beton qatqı materialları, sement qatqıları, yeraltı konstruksiyalar üçün həllər, su izolyasiya sistemləri, beton təmiri və möhkəmləndirmə sistemləri, iş qabiliyyətini artıran məhlullar, döşəmə sistemləridir.

    • 2019-cu​ il üçün işçi heyəti (MBCC Group şirkətinin Tikinti Kimyəviləri Bölməsi): Dünya üzrə 7.500 işçi.
    • 2019-cu​ il üçün satış həcmi (MBCC Group​ ​şirkətinin Tikinti Kimyəviləri Bölməsi): Təxminən 2.6 milyard E​vro.
    • Yerli bazarlara yaxınlığı: Dünya miqyasında 60 ölkədə 130 istehsal müəssisəsi (Şimali Amerika, Avropa, Afrika, Asiya Sakit Okean hövzəsi).

    Tikinti ilə bağlı çətinlik və problemlərin öhdəsindən gəlmək

    Hər bir tikinti layihəsi fərqlidir və müəyyən çətinlikləri vardır. Dünyadaki ən hündür binadan dünyadaki ən uzun körpüyə qədər MBCC Group​ şirkətinin Master Builders Solutions markası altında geniş məhsul portfeli və xidmətləri quraşdırma və inşaatda statistik rekordlar əldə etməyə davam etməkdədir:

    MasterGlenium Sky adlı su azaldıcı qatqı maddəsindən yüksək miqdarda istifadə edərək, dünyanın en hündür binası olan Dubaydakı "Burj Khalifa"ni inşa etmək üçün sadəcə bir beton nasosundan istifadə etməklə betonu 691 metr yuxarıya vurduq.

    • Betonu 72 saat ərzində təzə şəkildə saxlaya bilirik.
    • 120 mm ölçüsündə doldurucularla işləyə və axa bilən beton əmələ gətirə və sonra bunu nasoslaya bilirik.
    • 15.2 m ölçüsündə dünyanın ən böyük tunel qazan maşını üçün kimyəvi həllər hazırladıq.
    • Dünyanın ən uzun asma körpüsü – Böyük Akaşi Körpüsünü inşa etmək üçün öz-özünə sıxılan betondan istifadə olunaraq ümumilikdə 600.000 m3 beton tökülmüşdür.