Bağla

Daxil olun

Please login with your username and password.

Login

Can’t remember your accounts password?

Can't access your account?

Dil seçimi edin

This page is available in the following languages:

    Zəhmət olmasa yerinizi seçin

    ​​MasterEmaco təmir sistemləri ​

    MasterEmaco ilə həyata keçirilən bərpa işi, betonun struktur bütünlüyünü təmin edir.

    MasterEmaco bərpa sistemi necə təsir göstərir?

    Master Builder Solutions markası altındakı MasterEmaco məhsul sistemi, mürəkkəb ətraf mühit şəraiti, xlor ionları və dəyişən hava şəraiti səbəbindən zərər görən və ya korlanan beton səthlər üçün hərtərəfli həllər təklif edir.

    MasterEmaco astarları, sement və qatran əsaslı səth təmiri və bərpası məhlulları, korlanan betonun yerini tutaraq, başlanğıcda olan dayanıqlılığı, struktur bütünlüyünü və  estetik görünüşü təkrar təmin edən, tam təchizatlı bir sistem yanaşmasını meydana gətirir.

    MasterEmaco bərpa sistemini spesifik həllə çevirən meyar nədir?

    Nəm və ya quru şəkildə püskürtməklə, malakeş və ya əllə çəkilmək üçün hazırlanan MasterEmaco qrupuna aid yüksək iş qabiliyyətli məhsullar, betonun uzunmüddətli dayanıqlılığını və yükə davam gətirmə gücünü əvvəlki vəziyyətə gətirir. Betonu tez bir zamanda istismara vermək üçün qısa vaxt ərzində bərkiyərək, betonun müqavimətinə uyğunlaşır, estetik görünüşünü düzəldir və strukturun istismar müddətini uzadır.

    MasterEmaco, MBCC Group şirkətinə aid Master Builders Solutions tərəfindən təmin olunan tam təchizatlı dəstək sistemi ilə təklif olunur.

    Mütəxəssislərimiz, korlanmaya səbəb olan amilləri müəyyən edərək, tikinti strukturunuzun daha çox zərər görməsinin qarşısını alan və uzunmüddətli müdafiəsini təmin edən ən münasib təmir strategiyasını hazırlayır.

    Astarlar

    Su və ya qatran əsaslı astarlar, təmir məhlulları üçün təmiz və yekcins səthi təmin edirlər, bununla yanaşı, armaturların uzunmüddətli qorunması üçün astarların tərkibində korroziya inhibitorları da vardır.

    Konstruksiya təmirləri 

    Sürətlə bərkiyən təmir məhlulları, konstruksiyaların zərər görmüş bütünlüyünün təkrar əldə olunmasını təmin edir.

    Qeyri-konstruksiya təmirləri

    Sement əsaslı təmir məhlulları  qeyri-konstruksiya beton elementlərini əvvəlki vəziyyətlərinə gətirir.

    Kosmetik təmir işləri

    Spesifik betonun rəng və teksturasına uyğunlaşaraq qüsursuz, hamar və yekcins bir yekun təbəqə əmələ gətirir.

    MasterEmaco məhsulları

    MasterEmaco® N 605 - quru beton üçün təmir materialı
    MasterEmaco® N900 - beton səthi təmir materialı
    MasterEmaco® S 388​ - təmir tikinti məhlulu
    MasterEmaco® S 488​ - təmir tikinti məhlulu
    MasterEmaco® S 488 PG ​- təmir tikinti məhlulu​​

    Könül Tiz

    Marketinq xidmətləri

    Mob.: +99450 224 80 59  
    Email: [email protected]​​