Bağla

Daxil olun

Please login with your username and password.

Login

Can’t remember your accounts password?

Can't access your account?

Dil seçimi edin

This page is available in the following languages:

    Zəhmət olmasa yerinizi seçin

    ​Mədən Sənayesi üçün həllər

    MBCC Group şirkəti, Master Builders Solutions markası vasitəsilə ​mədən sənayesi üçün etibarlı, müştəriyə yönəlmiş məhsul həlləri təmin etməkdə dünya lideridir. 100 ildən çoxdur ki, yaratdığımız yeniliklər, günümüzün sənaye etalonuna çevrilmişdir; mürəkkəb yeraltı şərtlər və müntəzəm dəyişən geoloji mühitlərdə işləyə bilməsi üçün qlobal olaraq layihəyə uyğun həlləri təchiz edə bildik. Mədən sənayesinin davamlı gələcəyi üçün birbaşa məhsuldarlığı və təhlükəsizliyi artıran texnoloji yeniliklərlə mədən sənayesini dəstəkləməyə davam edirik.

    Qruntun bərkidilməsi

    Möhkəm qayalarla qruntun bərkidilməsi​

    Mədən fəaliyyətləri zamanı qazılmış sahənin təhlükəsizlik şəkildə qrunt dəstəyi ilə bərkidilməsi kimi bir çox proses həyata keçirilir. BASF şirkətinin təcrübəli və dəstəyə hazır mühəndisləri çətinliklərin öhdəsindən gələ bilirlər. Qrunt dəstəyi ilə bağlı əsas bacarığımız, mürəkkəb geoloji səthlərdə belə pis hava şəraiti səbəbindən aşınmanın qarşısını almaq üçün uzunömürlü, hamar birləşməni əmələ gətirən və yanğından qoruyucu fiberlə gücləndirilmiş püskürtmə beton və unikal nazik təbəqələrdən istifadə etməkdir.

    Qruntun möhkəmləndirilməsi

    Qruntun etibarlı şəkildə möhkəmləndirilməsi ilə daha yüksək məhsuldarlıq və təhlükəsizlik. 

    MBCC Group şirkətinin, Master Builders Solutions markası ​qaya qazıntısı və mədən fəaliyyətləri zamanı qruntun möhkəmləndirilməsi üçün xüsusi inyeksiya qatranı və sistemlərdən ibarər çeşid təklif edir.​

    Həm möhkəm qaya, həm də kömür mədənçiliyində rast gəlinən geoloji çətinlikləri dərk edərək, global texniki qrupumuz gözlənilməyən su sızmalarını və zəif qrunt şərtlərini sabitləşdirmək məqsədilə qruntun bərkidilməsi üçün ən səmərəli ilkin və sonrakı inyeksiya həllərini təchiz edir. Praktiki təlim proqramları və iş sahəsinin dəstəyi ilə iş boşdayanması minimuma endirilir və qənaətbəxş bir iş prosesi əldə edilir.

    TQM (Tunel Qazma Maşınları)

    Effektiv, yüksək iş qabiliyyətli məhsullar TQM-lərin irəliləməsini artırır.

    Ənənəvi qazma və partlatma  metodları ilə müqayisədə yeni bir analyış olan TQM texnologiyasının mədənçilikdə tətbiqi, iş şəraitlərinin yaxşılaşdırılmasında, qazıntı səviyyəsinin sürətləndirilməsində və istehsal məhduldarlığında bir artım nümayiş etdirmişdir.

    Yumşaq qrunt və möhkəm qaya tunel qazıntısı işlərində sifarişli həllər üzrə dünya lideri olaraq, açıq möhkəm qaya metodları və yumşaq qrunt sipərli maşınlar üçün etibarlı və texniki cəhətdən qabaqcıl TQM məhsulları və xidmətlərinin ən geniş çeşidini təmin edirik.

    Ümumi həll yanaşmamız TQM-nin iş məhsuldarlığını yüksəltmək üçün ən səmərəli məhsul və sistemləri müəyyən edir. Biz, peşəkar və bacarıqlı texniki xidmətimizi başlanğıcdan etibarən layihəyə daxil etməklə, biz müştərilərimizə yardımçı olmaq məqsədilə beynəlxalq və yerli mədənçilik təcrübəmizi məhsulun təlimi, texniki məsləhət, iş sahəsinin dəstəyi və problemlərin həlli üçün təmin edirik.  ​